Dadaşovun komandası doğma meydanda məğlubiyyətlə üzləşdi
14 mart 2016 00:25
Almaniyanın Şimal-Şərq Regional Liqasında 24-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun komandası - "Germaniya Halberştadt" klubu da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda çempionatın aşkar autsayderlərindən biri olan "Lukkenvalde" ilə qarşılaşıb. Matç futbolçumuzun komandasının məğlubiyyəti ilə başa çatıb - 0:1. Rüfət bu matça start heyətdə başlayıb və sonadək mübarizə aparıb.
Qeyd edək ki, Dadaşovun komandası hazırda 16 xalla 18 klub arasında 16-cı pillədə qərarlaşıb.