Azərbaycanlı futbolçular debüt etdi, klubları mövsümə məğlubiyyətlə başladı
14 mart 2016 00:30
Latviya çempionatında yeni mövsümə start verilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçular - Orxan Qurbanlı ilə Mirabdulla Abbasovun komandası - "Dauqava" da ilk matçına çıxıb.
Sözügedən komanda səfərdə "Metta/LU" ilə qarşılaşıb. Matç futbolçularımızın komandasının məğlubiyyəti ilə başa çatıb - 1:2. Orxan bu görüşə start heyətdə başlayıb və sonadək mübarizə aparıb. Mirabdulla isə 32-ci dəqiqə meydana çıxıb. O, qarşılaşmanın 63-cü dəqiqəsində sarı vərəqə ilə cəzalanıb.
Qeyd edək ki, ilk turdan sonra xalsız olan "Dauqava" 8 klub arasında altıncı pillədə qərarlaşıb.