Elbrus Məmmədov: Əsas ümidimiz Kəpəz və Sumqayıtla ev oyunlarınadır
30 aprel 2016 20:15
"Xəzər Lənkəran"ın baş məşqçisi Elbrus Məmmədov Topaz Premyer Liqasının 32-ci turu çərçivəsində AZAL-a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, cənub klubunun çalışdırıcısı 0:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"İkinci hissəyə səhvlə başladıq. Nəticədə, qapımızda qol gördük. Buraxılan qolun əvəzini çıxmağa çalışsaq da, bacarmadıq. Rəqibi təbrik edirəm. Onlara uğurlar arzulayıram. Qarşıda bizi "Kəpəz" və "Sumqayıt"la ev oyunları gözləyir. Əsas ümidimiz həmin oyunlaradı. Yaxşı çıxış edib, Premyer Liqadakı yerimizi qorumağa çalışacağıq". (CBC)