Millimizin Makedoniya ilə duelini də avstriyalılar idarə edəcək
29 may 2016 12:00
Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan milli komandası bu gün yoxlama oyunu keçirəcək. Azerisport.az xəbər verir ki, millimiz bu gün Makedoniya yığması ilə qarşılaşacaq
Millimiz Bad Erlax şəhərində Makedoniya yığması ilə qarşılaşacaq. Bakı vaxtı ilə saat 19:00-da başlayacaq qarşılaşmanı avstriyalı hakimlər idarə edəcək:
Baş hakim: Markus Hameter
Baş hakimin köməkçiləri: Rolan Braunşmidt, Maksimilian Kolbitş
Dördüncü hakim: Manuel Şüttenqruber