Aslan Kərimov: Yığmamızın Makedoniyaya qalib gəlmək şansı var
29 may 2016 12:30
Azərbaycan yığmasının sabiq kapitanı Aslan Kərimov millimizin bu gün Makedoniyaya qarşı keçirəcəyi yoxlama oyunu ilə bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Fikrimcə, Robert Prosineçki bu oyunda ən yaxşı futbolçuları meydana buraxmağaçalışacaq. Ancaq Eddi İsrafilovla Namiq Ələsgərov meydanda olmayacaq. Görünür, rəqibi ciddiyə alırlar. Futbolçularımızın çətin mövsümdən sonra hansı durumda olduğunu oyun göstərəcək. Yəqin ki, DÇ-2018-in seçmə mərhələsi öncəsi xətlər arasındakı əlaqə, müxtəlif kombinasiyalar yoxlanılacaq. Makedoniya pis komanda deyil. Təxminən bərabər gücə malik komandalar qarşılaşacaq. Deməli, qələbə qazanmaq şansımız da var".