Şahin Diniyev: Avroliqaya layiq oyun sərgilədik
"Kəpəz"in baş məşqçisi Şahin Diniyev Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Moldova "Daçiya"sına qarşı keçirilmiş ilk oyundan sonra fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Bu gün gözəl oyun sərgilədik. Azarkeşlərimiz qarşısında başıaşağı olmağımıza heç bir səbəb yoxdur. Heyətdə beş yeni futbolçu var. Komandanı demək olar ki, 10 gündür formalaşdırmışıq. Uşaqlar vəzifələrinin öhdəsindən gəldilər. Sadəcə, ələ düşən qol şanslarından yararlanmaq mümkün olmadı. Amma planlaşdırdığımız hücumlar, əks-hücumlar baş tutdu. Fikrimcə, bir qədər zamana ehtiyac var ki, bu futbolçular bir-birini daha yaxşı başa düşsün, xətlər arasındakı əlaqə daha da ideal vəziyyətə gəsin. Moldovada daha da yaxşı oynamağa çalışacağıq. Düzgün yoldayıq. Komanda Avroliqaya layiqli oyun sərgilədi. Buna görə futbolçulara minnətdaram. Cavab görüşü öncəsi yenə də şanslar bərabərdir".