Oleq Bejenar: Siz klubumuzun daxili işlərini bilmirsiniz
29 iyun 2016 00:10
Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Bakıda "Kəpəz"lə qarşılaşan Moldovanın "Daçiya" klubunun baş məşqçisi Oleq Bejenar "Dalğa Arena"dakı oyunda demək olar ki, öz funksiyasını yerinə yetirmədi. Azerisport.az xəbər verir ki, texniki zonada yer alan klub prezidenti Adlan Şişxanov həm oyunçulara tapşırıqları özü verirdi, həm də əvəzetmələr barədə qərarları.
Matçdan sonra azərbaycanlı futbolçular Bejenara bu məsələ ilə bağlı müxtəlif suallar ünvanlayıblar. Amma onun cavabı qısa olub:
"Bu barədə heç nə danışmaq istəmirəm. Siz bizim klubun daxili işlərini bilmirsiniz. Özümü burada komfortda hiss etməsəydim, hörmətsizlik görsəydim, bu klubda qalmazdım".