Samir Məsimovsuz Domjale bir xalla kifayətləndi
25 iyul 2016 00:05
Futbol üzrə Sloveniya çempionatında 2-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Samir Məsimovun komandası - "Domjale" də növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Krsko" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.
Samir ilk turda olduğu kimi, bu oyunun da iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, "Domjale" iki turdan sonra 4 xalla 3-cü pillədə qərarlaşıb.