Fotoreportaj|Video|На русском

Futbol

Şəffaf futbol, yaxud Anormallığın qarşısını alaq

18 may 2010 15:40

2009/10 mövsümü yenicə başa çatıb, daha doğrusu, hələ başa çatmayıb – qarşıda ölkə kubokunun final oyunu var – amma artıq indidən hər kəs növbəti mövsümün planlarını cızır. Bir neçə klub vidalaşacağı oyunçuların adlarını açıqlayıb, bəziləri onları artıq yola salıb, digərləri siyasətini müəyyənləşdirmək üçün milli çempionatın reqlamentinin dəqiqləşməsini gözləyir. Bu özü-özlüyündə anormal haldır. Niyə növbəti çempionatın reqlamenti onun başlanmasına 3 ay qalmış müəyyənləşməlidir və klub planlarını məhz ona görə qurmalıdır?

Amma biz Azərbaycanda yaşayırıq və bu ölkənin futbol təsərrüfatında baş alıb gedən anormallıqlar sayına görə normal proseslərdən geri qalmır. Azerisport.az xəbər verir ki, artıq bir aydır hər kəs XIX milli çempionatının formatını çək-çevir edir. Nə olacaq? Necə olacaq? Kim gedəcək və kim gələcək? Bu yerdə sizə çox adi, amma çox vacib bir həqiqəti çatdırmaq istəyirik: çempionatın formatı bir ölkədə futbolun inkişafını şərtləndirən başlıca amil ola bilməz. Bu 18 ildə format neçə dəfə dəyişib? Bu dəyişikliklər fonunda irəliyə doğru inanılmaz sıçrayış görmüsünümü? Əlbəttə, yox.

Əlbəttə, görməmişik və təbii ki, görə bilməyəcəyik. Milli çempionatın keçirilməsi formulu ölkədə aparılan futbol siyasətinin tərkib hissəsi olmalıdır. Əksinə ola bilməz, çünki hər şey bir çempionatın reqlamentinə söykənəndə biz bugünkü baş-ayaq təsərrüfatla üz-üzə qala bilərik, qalırıq.

İdmanın inkişaf etdirilməsində başlıca rol oynayan amil maliyyədir. Dünya qədər qoca olan bu tezisi yenidən gündəmə gətirməklə nə Amerika, nə də Avstraliya kəşf etmirik. Amma maliyyə siyasəti yalnız idmana, indiki halda futbola yatırılan milyonlarla dollarla məhdudlaşmır. Əslində, həmin vəsaiti necə və hara xərclənməkdən çox şey asılıdır. Yeni bir şey demədik, deyilmi?

Bilirsinizmi, Premyer Liqada çıxış edən 12 klubun rəsmi (bu sözə diqqət!) büdcəsi ümumilikdə nə qədərdir? Rəsmi maliyyə sənədlərinə görə, hər klub orta hesabla bir mövsüm ərzində maksimum 500 min manat xərcləyir. Təəccüblənməyin, əməkhaqqı cədvəllərində orta statistik futbolçu 350 manat, orta statistik baş məşqçis isə 550 manat maaş alır. Yəni, yenə həmin orta statistik, amma reallıqda olan rəqəmlərdən təxminən 10-15 dəfə az.

Azərbaycan Respublikası dünyəvi, sivil ölkədir və hər bir sivil ölkədə olduğu kimi, bizdə də “audit” və “hesablama palatası” kimi adi şəxsin qulağına özü kimi adi gələn, amma maliyyə işləri ilə məşğul olan insanlarda əsməcə yaradan anlayışlar var. Bu qurumların məqsədi hər ilin sonunda hökümət və qeyri-hökümət təşkilatlarının maliyyə proseslərini izləmək, yoxlamaq, bir daha yoxlamaq və yekun qərar verməkdir. Məqsəd isə olduqca sadə və anlaşıqlıdır: maliyyə fırıldaqlarının qarşısını almaq. Bu gün Azərbaycanda heç bir futbol klubu bu təşkilatların cəzasından qurtula bilməz. Əlbəttə, əgər audit qanun çərçivəsində fəaliyyət göstərsə və ortaya başqa amillər çıxmasa.

Amma bu gün heç kəs cəzalanmır. Niyə? Bunun öz səbəbləri var və həmin səbəblərin açıqlanması məhkəmi predmeti verə bilər. Bu sətirlərin müəllifi hesab edir ki, kimin öz klubunu hansı yolla saxlaması öz işidir, bununla belə, hər şeyin bir çərçivəsi də olmalıdır. Həmin çərçivəni isə dövlət qoymalıdır.

Bir neçə il əvvəl Azərbaycan prezidenti İlham Əliyev futbola maliyyə yatıran iş adamlarının, şirkətlərin vergidən azad olunacağını bildirmişdi. Əlbəttə, ölkə prezidentinin şifahi deyilmiş sözlərinin belə öz çəkisi var və məhz bundan sonra, AFFA rəhbərliyində dəyişikliklərin edilməsi ilə futbolumuza maliyyə axını başladı. Lakin bu axın artıq 5 ildir ki, koranə aparılır və təəssüflər olsun, cibinin (gəlin, hesab edək ki, bu doğrudan da belədir) pulunu futbola xərcləyən şəxslər hələ də vergilərdən azad edilməyib. Ayda 10 min dollar maaş alan futbolçunun məvacibindən tutaq ki, onun 18%-ni yəni, 1800 dollarını tuta bilməzsən. Çünki futbolçu 8200 dollara oynamayacaq – onun konkret tələbi var – 10 min dollar. Amma dövlətə də vergini ödəməlisən və belə olan halda klub çıxılmaz vəziyyətdə qalır. Ya ildə xərclədiyi 4-5 milyon dollardan əlavə, dövlət büdcəsinə daha 1 milyon dollar keçirsin, ya da bütün məvacibləri və xərcləri “kommersiya sirri” adlandırıb gerçək, rəsmi maliyyə sənədlərində bundan 10 dəfə az olan rəqəmləri, özü də manatla göstərsin. Aydındır ki, bu gün klublar ikinci yolu seçir.

Bəs bundan qaçmaq üçün nə etmək lazımdır?

Maliyyə şəffaflığı olmadan heç bir sahəni inkişaf etdirmək mümkün deyil. Dövlət – özəl şirkət – alıcı (xalq) üçbucağı qarşılıqlı və qapalı şəkildə fəaliyyət göstərməlidir. Bu gün stadiona gəlib biletə 1 manat xərcləyən azarkeş xərclədiyi həmin məbləğə görə peşiman olmamalıdır. 1 manat qazanan şirkətin onun 20 qəpiyini dövlətə vergi halında ödəməlidir. Büdcəsini qanuni vergi (bu cür ifadə işlətmək düzgündürsə) ilə möhkəmləndirən dövlət isə həmin şirkətin normal fəaliyyəti üçün şərait yaratmalıdır. Həmin şəraitdən isə məhz alıcı (xalq) udmalıdır. Qapalı dairə. Sadə. Anlaşıqlı.

Dövlətin yaratdığı şərait nəyə deyilir? Futbolun xalqın həyatında mühüm rol oynadığını nəzərə alıb futbol haqqında qanunun qəbul olunması, futbol klublarının vergidən azad edilməsi və AFFA-nın qarşısında maliyyə şəffaflığının tələb kimi qoyulması dövlətin atacağı birinci addım olmalıdır. Əlbəttə, heç kim demir ki, məsələn, klubun ofisində işlənən elektrik enerjisinə, suya pul ödəmə. Bunlar kiçik xərclərdir. Amma tutaq ki, stadion tikintisinə, yaxud dünya çapında ulduz futbolçunun transferinə xərclənən məbləğdən vergi tutulmaması klubların bir qədər rahat nəfəs almasına gətirib çıxara bilər. Bu halda artıq heç kəs öz futbolçusuna və məşqçisinə verdiyi məvacibi gizlətməyəcək. Dövlət isə klubların bütün maliyyə dövriyyəsini rahatca nəzarət altında saxlayacaq. Onda da azarkeş başa düşəcək ki, sevimli komandasının inkişafını istəyirsə, stadiona getməli, bilet almalı, klubun rəmzlərini əldə etməlidir.

Yoxsa indiki şəraitdə klubun inkişafı nə azarkeşə, nə dövlətə, nə də “qara pullar”ı xərcləyən rəhbərə lazımdır.

Klub inkişaf etmirsə, futbolçu və məşqçi də inkişaf etmir. Futbolçusu və məşqçisi olmayan ölkədən isə güclü milli komanda və güclü futbol gözləmək gülməli və absurddur.

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah