Rauf Əliyev XL yolunda
24 avqust 2012 22:40

Futbol üzrə Azərbaycan yığmasının və “Qarabağ”ın hücumçusu Rauf Əliyev karyerasını “Xəzər Lənkəran”da davam etdirə bilər. Azerisport.az xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bəyan edib ki, cənub təmsilçisi bu futbolçu ilə yaxından maraqlanır:
“Xəzər Lənkəran” Raufla əlaqədar bizə müraciət edib. Amma biz hələ ortaq məxrəcə gəlməmişik. Klub olaraq, futbolçumuza görə müəyyən məbləğ istəmişik. Əgər onlar buna razılaşsalar, Əliyev “Xəzər Lənkəran”ın futbolçusu olacaq. Lakin hələlik o, bizim oyunçumuzdu”.