Qəbələ Nikola Valentiçlə də müqavilə imzaladı
6 fevral 2013 15:55

“Qəbələ” qış fasiləsində növbəti rəsmi transferini gerçəkləşdirib. Azerisport.az xəbər verir ki, bölgə təmsilçisi bu gün son mövsümü Serbiyanın “Jagodina” komandasında keçirmiş Nikola Valentiçlə bir illik müqavilə imzalayıb.
Qeyd edək ki, 29 yaşlı müdadiəçi müxtəlif vaxtlarda “Beograd” (Serbiya), “Vazdovaç”, “Bnei Sakhnin”, həmçinin Rusiyanın “Anji”, “Alaniya” və “Sibir” komandalarında da oynayıb.
Xatırladaq ki, “Qəbələ” bundan öncə Ceyhun Sultanov, Kristian Pulhak, Luka Jinko, Mustafa Dabo, İfeanye Emeqara və Amit Quluzadə ilə da müqavilə imzalamışdı.