16 may 2013 19:14

Azərbaycan çempionatında daha bir yenilik!

Topaz Premyer Liqasının mövsümün sonuncu - 32-ci turunun hakim təyinatları açıqlanıb. Azerisport.az xəbər verir ki, final mərhələsində hakim təyinatları adətən gizli saxlanılsa da, son tur demək olar ki, formal xarakter daşıyacağından, Hakimlər Komitəsi bu dəfə ədalət təmsilçilərini gizlətməyə ehtiyac duymayıb.
 
Qeyd edək ki, Premyer Liqanın 32-ci turunda yenilik tətbiq olacaq. Belə ki, ölkə çempionatında ilk dəfə bir oyunda 6 hakim iş başında olacaq.
 
Dünya futbolunda tətbiq olunan qapı arxası hakimlər Azərbaycanda ilk dəfə sınaqdan keçiriləcək. Bu ilk “Neftçi” – “Bakı” oyununda tətbiq olunacaq. Bazar günü baş tutacaq matçı Rauf Cabbarov idarə edəcək. Ona Yaşar Abbasovla Namiq Hüseynov yardımçı olacaq. Dördüncü hakim funksiyasını Ömər Paşayev yerinə yetirəcək. Baş hakimin əlavə köməkçiləri isə Fariz Yusifov və Orxan Məmmədov olacaq.
 
Digər oyunlara gəlincə, “İnter” – “Qəbələ” qarşılaşmasını Əliyar Ağayev, “Qarabağ” – “Simurq” görüşünü Rəhim Həsənov idarə edəcək.
 
İkinci altılığın AZAL – “Kəpəz” qarşılaşmasında Ramil Əhmədov, “Xəzər Lənkəran” – “Rəvan” görüşündə Vüsal Əliyev, “Turan” – “Sumqayıt” matçında isə Ramil Diniyev fit çalacaq.
 
Topaz Premyer Liqası
32-ci tur
19 may (bazar)
 
“Neftçi” – “Bakı”
Hakimlər: Rauf Cabbarov, Yaşar Abbasov, Namiq Hüseynov, Ömər Paşayev
Əlavə köməkçilər: Fariz Yusifov, Orxan Məmmədov
“Bakcell Arena” stadionu, 20:30
 
“İnter” – “Qəbələ”
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Vaqif Musayev, Elvin Əsgərov
“Şəfa” stadionu, 16:00
 
“Qarabağ” – “Simurq”
Hakimlər: Rəhim Həsənov, Coşqun Həsənov, İsgəndər Əliyev, Sərxan İsmayılov
T. Bəhramov adına Respublika stadionu, 18:00
 
20 may (bazar ertəsi)
 
AZAL – “Kəpəz”
Hakimlər: Ramil Əhmədov, Mübariz Haşımov, Elşən Acalov, Feyzulla Feyzullayev
“AZAL Arena” stadionu, 18:00
 
“Xəzər Lənkəran” – “Rəvan”
Hakimlər: Vüsal Əliyev, Ramiz Əsədov, Azər Əsgərov, Tahir Əhmədov
Lənkəran şəhər stadionu, 19:00
 
“Turan” – “Sumqayıt”
Hakimlər: Ramil Diniyev, Nahid Əliyev, Akif Əmirəli, Ziya Nəsirov
“Dalğa Arena” stadionu, 18:00

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.