16 may 2013 13:47
Nazim Süleymanov: Əsas millinin üzvləri hərbçilərdən ibarət yığmaya cəlb oluna bilər
Məlum olduğu kimi, iyunun 30-dan iyulun 16-dək Bakıda Beynəlxalq Hərbi İdman Şurasının hərbçilər arasında I Dünya Futbol Kuboku keçiriləcək. Azerisport.az xəbər verir ki, dünya çempionatında Azərbaycan yığması da qüvvəsini sınayacaq. 4 ayrı qrupda keçiriləcək turnirin A qrupunda İraq, Mali və Kanada ilə birgə mübarizə aparacaq Azərbaycan hərbçilərini bu görüşə kimin çıxaracağı da artıq dəqiqləşib. Bu, böyük ehtimalla futbol üzrə Azərbaycanın əsas yığma komandasının məşqçisi Nazim Süleymanov olacaq. Yığmamızın çalışdırıcısı bu münasibətlə bəzi suallarımızı cavablandırıb.
- Yeni təyinatınız münasibətilə sizi təbrik edirik!
- Təbrikinizə görə sağ olun! Bu təyinata görə ancaq sevinə bilərəm. Bu vəzifəni təklif etdilər, mən də imtina etmək istəmədim. Çalışacağıq ki, qısa müddət ərzində yaxşı komanda formalaşdıraq.
- Siz sadəcə bu turnir zamanı komandaya rəhbərlik edəcəksiz, yoxsa uzun müddətli müqavilə imzalanacaq?
- Hələ bilmirəm. Müqavilə imzalamamışam. Tezliklə bununla bağlı görüş olacaq. Hər şeyi zaman göstərəcək.
- Hələ bilmirəm. Müqavilə imzalamamışam. Tezliklə bununla bağlı görüş olacaq. Hər şeyi zaman göstərəcək.
- Bəs əsas yığmadakı fəaliyyətiniz necə olacaq?
- Mən yenə Berti Foqtsun köməkçisi olaraq qalacağam.
- Mən yenə Berti Foqtsun köməkçisi olaraq qalacağam.
- Qarşınıza hansı vəzifə qoyulub?
- Bu, Azərbaycanda yaradılan ilk belə komandadı. Elə hərbçilər arasındakı dünya çempionatı da ilk dəfə təşkil olunur. Bizi 16 komandadan ibarət heç də asan olmayan çempionat gözləyir. İlkin hədəf təbii ki, qrupdan çıxmaq olacaq. Mali, Kanada və İraqla mübarizə aparmalıyıq. Daha sonra pley-off mərhələsində yaxşı nəticə qazanmağa çalışacağıq. Turnir Azərbaycanda keçirildiyinə görə, nəticə bizim üçün çox vacibdi.

- Komandanızda kimlər oynayacaq?
- Mən artıq oyunçuların siyahısını müəyyənləşdirmişəm. Onu bu işlərlə məşğul olan şəxsə təqdim etmişəm. Görək kimlər hazırda hərbi xidmətdədi və daha kimləri heyətə cəlb etmək olar.
- Əsas yığmamızın üzvlərindən kimlərinsə heyətdə yer alması mümkündü?
- İstisna deyil.
- İstisna deyil.
- Konkret kimlərin yer alması mümkündü?
- Tələsmək lazım deyil. Hələ indidən konkret nəsə demək çətindi.