17 may 2013 11:12
Ağasəlim Mircavadov: XL da Wigan kimi sensasiya edə bilər
Futbol üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi Ağasəlim Mircavadov azerisport.az saytına müsahibəsində artıq başa çatmaqda olan futbol mövsümü ilə bağlı fikirlərini açıqlayıb.
- “Neftçi” sona bir tur qalmış çempionluğunu təmin etdi. Bununla bağlı nə deyə bilərsiz?
- “Neftçi” demək olar ki, bütün ili eyni səviyyədə keçirdilər. Mümkündü ki, komanda hansısa məqamlarda öz istədiklərini edə bilmədi. Amma fikrimcə, onlar qızıl medalları qazanmağa borclu idilər. Avropa Liqasının qrup mərhələsində çıxış etməsi bu komandada öz gücünə inam, əminlik yaratdı. “Neftçi” layiqli çempion oldu. Onlara Çempionlar Liqasında uğurlar arzulayıram.
- “Neftçi”nin izləyiciləri, yəni digər mükafatçılar “Qarabağ”la “İnter” oldu...

- Mənə elə gəlir ki, ilk üçlükdəki hər bir komanda bütün mövsüm boyu sərgilədiyi oyuna uyğun yeri tutdu.
- Azarkeşlər “Neftçi”nin bu il ÇL-də ilk rəqibini mütləq mübarizədən kənarlaşdırmasını gözləyirlər. Bəs siz?
- Rəqibin kim olması önəmli deyil. İstənilən halda ciddi hazırlaşmaq lazımdı. Yeni transferlərə ehtiyac var. Özü də hazır oyunçular almaq lazımdı. Daha yaxşı olardı ki, Avropada çıxış etmək istəyən klublarımız buna bir il öncədən hazırlaşsınlar, yeni oyunçular alsınlar. “Neftçi” də ən azından indiki heyətini qorumalıdı. Xüsusilə də legionerləri. Amma bu, futboldu. Hər bir futbolçu gedə bilər.

- Sizcə, “Neftçi”də konkret hansı mövqeni gücləndirmək lazımdı?
- Mən ümumiyyətlə heyəti gücləndirməyi nəzərdə tutdum. Komandaya lazım olan futbolçunu bir neçə ay öncədən izləmək lazımdı ki, transfer dönəmində də heyətə qatasan.

- Son turun oyunları artıq formallığa çevrilsə də, mövsümün qapanış matçında “Neftçi” və “Xəzər Lənkəran” kubokun qalibini müəyyənləşdirməlidi...
- Razıyam. Son turun oyunları heç nəyi dəyişməyəcək. Final oyununa gəlincə, bu aydın məsələdi ki, kubok və çempionat qarşılaşmaları bir-birindən fərqlənir. Buna ən parlaq misal elə İngiltərə Kubokunun “Wigan” – “Manchester City” oyunu oldu. Hansı ki, çempionatda elitanı tərk edən “Wigan” ötən mövsümün çempionuna qalib gəlib, kuboku qazandı. Bizdə də hər şey mümkündü. “Xəzər Lənkəran” ikinci altılıqda uğurlu çıxış edə bilməsə də, kubokun finalında tam fərqli futbol nümayiş etdirə bilər.
- Bu oyunun Bakıda keçirilməsi daha çox “Neftçi”nin xeyrinədi, nəinki “Xəzər Lənkəran”ın. Siz necə düşünürsüz?
- Belə düşünmürəm. Hər komanda çıxıb öz oyununu sərgiləməlidi. Mən lənkəranlıların bu oyunda komandalarını dəstəksiz qoyacağına inanmıram. “Neftçi” çempion olduğuna görə, ölkənin ən güclüsü adını doğrultmağa çalışacaq. Bunun üçün onlar mütləq qələbə qazanmalıdılar. Amma bu oyun onlar üçün heç də asan olmayacaq.