17 may 2013 14:19

ARDNŞ AÇ-yə sponsorluq edəcək

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) 2016-cı il futbol üzrə Avropa Çempionatı və bu turnirin seçmə oyunlarının əsas sponsorları sırasına daxil olduğunu böyük məmnunluq hissi ilə elan edir. ARDNŞ və UEFA arasındakı bu əməkdaşlıq, ilk turniri 1960-cı ildə Fransada keçirilən və hər dörd ildən bir təşkil edilən, dünyanın ən mötəbər milli komanda birinciliklərindən olan və böyük auditoriya kütləsi toplayan zəngin tarixli futbol yarışına çox böyük töhfə verəcək.
 
Bu hadisəyə münasibət bildirən ARDNŞ-nin marketinq və investisiyalar üzrə vitse-prezidenti Elşad Nəsirov deyib:
 
"Biz bu gələcək yönümlü layihəyə qoşulmaqdan məmnunluq hiss edir və bildirmək istəyirik ki, ARDNŞ-nin dünya idmanı ilə əməkdaşlığı qürurverici bir hadisədir. Bu, 2012-ci ildə Azərbaycanda keçirilən FİFA U-17 Qadınlararası Dünya Çempionatından sonra bizim beynəlxalq sponsorluq sahəsində ikinci əməkdaşlıq təcrübəmizdir. Şirkətimiz Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının əsas sponsoru olaraq respublikada futbolun inkişafına daim fəal dəstək göstərir. İdmana sponsorluq olduqca vacib bir amildir və bu cür genişmiqyaslı və həyəcanverici bir yarışı dəstəkləmək bizim üçün çox əhəmiyyətllidir. Bizim fikrimizcə, bu sponsorluq ARDNŞ-nin beynəlxalq profilini yüksəltmək üçün nadir imkanlardan biridir və enerji sektorunda şirkətimizin premium brendinin əsasının qoyulması yolunda ümumi mövqeyimizi əks etdirir".
 
UEFA-nın marketinq direktoru Qay-Loran Epşteyn əməkdaşlıq haqqında fikrini bildirərkən qeyd edib:
 
"Biz ARDNŞ-i "Avro-2016" Çempionatının və 2014-2017-ci illərdə keçiriləcək Avropa seçmə oyunları daxil olmaqla, UEFA-nın milli komanda yarışlarının rəsmi sponsorları arasında görməkdən böyük məmnunluq duyuruq. Bu sponsorluq platforması ARDNŞ-ə öz brendini daha geniş təbliğ etmək və hədəf auditoriyasını genişləndirmək üçün nadir imkan verir. ARDNŞ-in qlobal enerji şirkətinə çevrilmək məqsədi və bizim əməkdaşlığımız Avropa futbolunu daha geniş tamaşaçı kütləsinə təqdim etmək üçün böyük imkanlar yaratmış olacaq". (Trend)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.