18 may 2013 12:16
“Kompüter vasitəsilə turun simvolik komandasını seçmək düzgün deyil”
Futbol üzrə Azərbaycan yığmasının və “Qarabağ”ın kapitanı Rəşad Sadıqovun azerisport.az saytına müsahibəsi
- Qarşıda “Qarabağ”ı “Simurq”la mövsümün son oyunu gözləyir. Heç bir əhəmiyyəti olmayan bu oyuna hansı motivasiya ilə çıxacaqsız?
- Məncə, oyuna yaxşı köklənmək üçün müxtəlif stimullar tapmaq olar. Məsələn, gənclərə özlərini göstərmək şansı vermək olar. Axı onlar həmişə məhz belə bir şans qazanmağı arzulayırlar. Qoy oynasınlar, özlərini göstərsinlər. Yəqin ki, əksər aparıcı futbolçulara istirahət veriləcək. Braziliyalılar da oynamayacaqlar.
- Oynamayanlardan biri də siz olacaqsız...
- Bəli, zədəm var və buna görə Türkiyəyə getməyə hazırlaşıram. Yəqin ki, heç mükafatlandırma mərasimində də iştirak edə bilməyəcəm. Amma bəzi təcrübəli futbolçular meydana çıxa biləcəklər. Məsələn, Vaqif Cavadovla Vüqar Nadirov oynaya bilər.
- “Qarabağ” çempionluq hədəfinə çata bilmədi, ikinci oldu. Yəqin ki, bu üzdən komandada əhval-ruhiyyə bir o qədər də yüksək deyil...
- “Qarabağ” çempionluq hədəfinə çata bilmədi, ikinci oldu. Yəqin ki, bu üzdən komandada əhval-ruhiyyə bir o qədər də yüksək deyil...
- Əlbəttə, çempionluğu əldən verdiyimizə görə təəssüflənirik. “Neftçi” ilə həlledici oyunda məğlub olmağımız daha çox üzücü oldu. Halbuki, həmin oyunda hətta heç-heçə edə bilsəydik, mövsüm fərqli nəticələrlə də başa çata bilərdik. Amma biz hesabı bərabərləşdirəndən sonra qələbə qazanmaq üçün daha böyük qüvvə ilə irəli atıldıq və öz qapımızda qol gördük.
- Çempion ola bilməməyinizlə bağlı üzüntünü Avropa Liqasında uğurlu çıxış etməklə unutdurmaq olar?
- Həqiqətən də çalışmalıyıq ki, avrokuboklarda uğurlu çıxış edək. Biz ancaq bu haqda düşünürük. Çempionata gəlincə, mövsümün əvvəlindəki çoxsaylı xal itkiləri olmasaydı, biz qızıl medalları qazana bilərdik. Məsələn, AZAL-a 2:6 hesablı məğlubiyyətə heç bir izah tapmaq olmur.

- “Qarabağ”da kimisə xüsusi vurğulamağı sevmirlər. Amma siz bir kapitan kimi hansı futbolçularınızın çıxışını fərqləndirə bilərsiz?
- Nadirov bu mövsüm yaxşı idi, artırıb. Almeyda sabit oyunu ilə seçildi. Qarayevlə Medvedev də yaxşı oyunlar keçirdilər.
- Nadirov bu mövsüm yaxşı idi, artırıb. Almeyda sabit oyunu ilə seçildi. Qarayevlə Medvedev də yaxşı oyunlar keçirdilər.
- Nadirov son turda komandanız üçün çox vacib qola imza atsa da, turun simvolik komandasında yer ala bilmədi...
- Etiraf edim ki, hər turun simvolik komandasının seçilməsini ilk dəfə sizdən eşidirəm. Amma bu, mənim üçün elə də vacib deyil. Hesab edirəm ki, kompüter vasitəsilə simvolik komandanı seçmək düzgün deyil. Oyunların əhəmiyyətini, futbolçuların fərdi hərəkətlərini də qiymətləndirmək lazımdı. Məsələn, həmin Nadirov son oyunda qol da vurdu, ötürmə də etdi. Yaxud da “Neftçi”yə çempionluğu gətirən qolun müəllifi Rəşad Sadiqov olsun. Futbolda hərdən elə də olur ki, 90 dəqiqə ərzində özünü “öldürən” müdafiəçi kənarda qalır, hansısa qol vuran oyunçu ən yaxşı seçilir. Bu üzdən də mənə elə gəlir ki, turun simvolik komandasını müəyyənləşdirmək üçün yeni sxem fikirləşmək lazımdı.1