20 may 2013 02:15
Xəzər Lənkəran oyun öncəsi son məşqinə çıxdı
Bu gün Topaz Premyer Liqasının sonuncu, 32-ci turu çərçivəsində Bakının “Rəvan” klubunu qonaq edəcək “Xəzər Lənkəran” oyun öncəsi son məşqinə çıxıb. Azerisport.az xəbər verir ki, matçın keçiriləcəyi əsas meydanda baş tutan məşq bir saat davam edib.
Futbolçular məşqçilər korpusunun verdiyi müxtəlif çalışmaları yerinə yetirdikdən sonra istirahətə çəkilərək matç saatını gözləməyə başlayıblar. Heyətdə olan zədəli futbolçuları qismən zədələrini bərpa edib məşqlərə qoşulsalar da, Adrian Pit məşqlərdə iştirak edə bilmir.
Xatırladaq ki, “Xəzər Lənkəran” – “Rəvan” matçı sabah saat 19:00-da başlayacaq.
