20 may 2013 18:09
Qəbələ Syominlə mayın 22-də rəsmi müqavilə imzalayacaq
“Qəbələ” baş mütəxəssis Yuri Syominlə razılığa gəlib. Azerisport.az saytına bu barədə klubun vitse-prezidenti Fariz Nəcəfov məlumat verib.
Onun sözlərinə görə, 66 yaşlı mütəxəssislə danışıqlar uğurla nəticələnib. Təcrübəli mütəxəssislə mayın 22-də rəsmi müqavilə imzalanacaq. Anlaşmanın 1+1 sistemi üzrə bağlanacağı gözlənilir. Mayın 29-da isə Syomin ictimaiyyətə təqdim olunacaq.
“İlkin olaraq “1+1” sxemi ilə müqavilə bağlayacağıq. Düzdü, bu sxemdə dəyişiklik də ola bilər. Lakin böyük ehtimalla elə ilkin razılaşdırılan sxemlə müqayilə imzalanacaq”.
