20 may 2013 18:31
Bakı Bojidar Bandoviç ilə yollarını rəsmən ayırdı
“Bakı” baş məşqçisiz qalıb. Azerisport.az xəbər verir ki, “zolaqlılar” mövsüm başa çatan kimi, serbiyalı baş məşqçi Bojidar Bandoviçlə yollarını ayırıb.
Bunu saytımıza açıqlamasında klubun baş meneceri Zeynal Məmmədov bəyan edib. Onun sözlərinə görə, Bandoviçin klubla daha bir illik müqaviləsi var imiş. Lakin tərəflər qarşılıqlı razılıq əsasında müqavilənin qalan hissəsinə xitam veriblər və “Bakı” buna görə serbə kompensasiya ödəyəcək.
Qeyd edək ki, “Bakı”nın yeni baş məşqçisinin kim olacağı hələlik açıqlanmır. Amma güman ki, paytaxt klubunu yeni mövsümdən ispaniyalı mütəxəssis çalışdıracaq.
