20 may 2013 21:42
“Xoşbəxtlikdən qolu tez vurduq, ardı da gəldi”
“Turan”ın baş məşqçisi Əfqan Talıbov Topaz Premyer Liqasının 32-ci turunun “Sumqayıt”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, tovuzluların çalışdırıcısı 2:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Rəqib ilk hissədə oyuna nəzarət edirdi, lakin yüksək temp, sürətli ötürmələr yox idi. Qol vurana qədər bir-iki epizod yarada bildik. Xoşbəxtlikdən qolu tez vurduq, ardı da gəldi. İlk hissənin sonu göstərdi ki, ikinci hissədə “Sumqayıt” daha üstün oynayacaq. İkinci hissədə rəqib mərkəzdə pressinq tətbiq etdi, oyuna nəzarət etdi, istədiyi qolu vurdu. Əvəzetmələrlə oyunu bərabərləşdirmək istəsək də, alınmadı. Rəqib azlıqda qalandan sonra isə Ballo təkbətək epizodda fərqi artıra bilərdi”.
