20 may 2013 21:16
“Komandada səfər əhval-ruhiyyəsi var”
“Kəpəz”in baş məşqçisi Mahmud Qurbanov Topaz Premyer Liqasının 32-ci turunun AZAL ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, gəncəlilərin çalışdırıcısı 0:4 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Mövsümün son oyunu idi. Komandada səfər əhval-ruhiyyəsi var. Komanda Premyer Liqa ilə vidalaşıb, Birinci Divizionda mübarizə aparacaq. Güclü rəqibə qarşı oynadıq, məğlub olduq. Hesab böyük olmaya bilərdi, fərqi azaltmaq üçün imkanlarımız oldu”.
