20 may 2013 21:48
Ramil Əliyev Xəzər Lənkərana Avroliqada uğurlar arzuladı
“Rəvan”ın baş məşqçisi Ramil Əliyev Topaz Premyer Liqasının 32-ci turunun “Xəzər Lənkəran” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin çalışdırıcısı 2:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Sonuncu tur olmasına baxmayaraq, gərgin və maraqlı oyun oldu. Avropakuboklarda “Xəzər Lənkəran”a və bütün komandalarımıza uğurlar arzulayıram”.
