20 may 2013 21:51
Con Toşak: Rəqib bizdən ağıllı və yaxşı oynadı
“Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak Topaz Premyer Liqasının 32-ci turunun “Rəvan”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Lənkəran təmsilçisinin uelsli çalışdırıcısı 1:2 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Maraqlı oyun oldu. Rəqib bizdən ağıllı və yaxşı oynadı. Rəqib qələbəyə layiq idi, təbrik edirəm. Çoxlu qol imkanlarından yararlana bilmədik”.
