20 may 2013 11:15
Millimizin Lüksemburqla matçının biletləri satışa çıxarıldı
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində iyunun 7-də, saat 21:00-da, "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Lüksemburq oyununun biletləri mayın 18-dən etibarən satışa çıxarılıb. Azerisport.az xəbər verir ki, biletlərin qiymətləri sektorlara uyğun olaraq 4, 9, 14 və 50 AZN-dir.
Satış nöqtələri ilə bağlı məlumatı diqqətinizə çatdırırıq:
28 Mall Ticarət Mərkəzi
Saat 10:00-dan – 22:00-dək
Bakcell Arena-nın kassaları
Saat 10:00-dan – 22:00-dək
