20 may 2013 11:31
Arda Turan Kral Kubokunu Azərbaycan bayrağı ilə bayram etdi (VİDEO)
İspaniyanın “Atletico” klubunun kollektivi Kral Kubokunun qalibi olmasını azarkeşləri ilə birgə bayram edib. Azerisport.az xəbər verir ki, Madrid təmsilçisinin heyətində çıxış edən Türkiyə yığmasının üzvü Arda Turan bu mərasimdə qardaş ölkənin bayrağı ilə yanaşı Azərbaycanın da bayrağını daşımasıyla diqqətləri çəkib. Hər halda onun bu jesti çox güman ki, ölkəmizdə Ardasevərlərin sayını daha da çoxaldacaq.
