20 may 2013 11:52
Nikolas Kanales: Mənim üçün bu çempionluq ikiqat sevinclidi
“Neftçi”nin hücumçusu Nikolas Kanalesin azerisport.az saytına müsahibəsi
- Çempion olmağınızla bağlı nə deyə bilərsiz?
- Bu, mənim arzum idi. Şadam ki, Azərbaycandakı ilk mövsümümdə belə bir uğur qazandım. Mən həm də bombardir oldum. Ona görə də bu çempionluq mənim üçün ikiqat sevinclidi.
- Bu, mənim arzum idi. Şadam ki, Azərbaycandakı ilk mövsümümdə belə bir uğur qazandım. Mən həm də bombardir oldum. Ona görə də bu çempionluq mənim üçün ikiqat sevinclidi.
- Hansı daha vacibdi?
- Baxın, nə qədər insan sevinir. Şübhəsiz ki, çempionluq hər şeydən önəmlidi. Qalanları ikinci plandadı.
- Baxın, nə qədər insan sevinir. Şübhəsiz ki, çempionluq hər şeydən önəmlidi. Qalanları ikinci plandadı.
- Bu, sizin ilk titulunuzdu?
- Xeyr. Mənim bundan əvvəl də çempionluğum var idi.
- Xeyr. Mənim bundan əvvəl də çempionluğum var idi.
- Bütövlükdə mövsümü necə qiymətləndirirsiz?
- Maraqlı və çox çətin mövsüm oldu. Mən komandaya bu il gəlsəm də, komanda yoldaşlarımın sözlərinə görə, bu, əvvəlki iki çempionluqdan daha çətin başa gəldi.
- Maraqlı və çox çətin mövsüm oldu. Mən komandaya bu il gəlsəm də, komanda yoldaşlarımın sözlərinə görə, bu, əvvəlki iki çempionluqdan daha çətin başa gəldi.
- Son üç turda komandanın cəmi 2 xal qazanması nə ilə bağlı idi?
- Mövsümün sonudu, komanda yorulub. Bizə son oyunlarda sadəcə 1 xal bəs edirdi. Qəbələdəki oyunda biz buna nail olduq. Bu üzdən də “Bakı” ilə oyunun heç bir əhəmiyyəti qalmamışdı.
- Azərbaycan Kubokunun “Xəzər Lənkəran”la final oyunundan sonra sizin “Neftçi” ilə müqavilənizin müddəti başa çatacaq...
- Menecerim gələcək və klub rəhbərliyi ilə danışacaq. Fikrimcə, hər şey yaxşı olacaq.
- Yəqin ki, belə bir mövsümdən sonra maliyyə şərtlərinizdə dəyişiklik etməyi tələb edəcəksiz...
- (Gülür) Hələ bu barədə heç nə deyə bilmərəm.
- Kubokun finalından nə gözləyirsiz?
- “Xəzər Lənkəran” sıradan komanda deyil. Lakin bizim bu oyuna yaxşı hazırlaşmaq üçün kifayət qədər vaxtımız var. Mövsümün son oyunu olacaq. Mövsümü qalib başa vurmaq istəyirik.
- “Xəzər Lənkəran” sıradan komanda deyil. Lakin bizim bu oyuna yaxşı hazırlaşmaq üçün kifayət qədər vaxtımız var. Mövsümün son oyunu olacaq. Mövsümü qalib başa vurmaq istəyirik.
