20 may 2013 12:36
Böyükağa Hacıyev: Neftçi artıq kubokun finalını düşünür
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Topaz Premyer Liqasının 32-ci turunun “Bakı” ilə oyunundan sonra çempionluqdan danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Bu, bizim üçün böyük bayramdı. Üç dəfə ardıcıl çempion olmaq böyük uğurdu. “Bakı” ilə son oyuna uşaqlar bir qədər arxayın çıxmışdılar. Onları da başa düşmək olar. Çünki bütün fikirləri kubokun finalındadı. Elə mənim də”.
