21 may 2013 01:07
Florentino Peres açıqladı: Joze Mourinyo gedir
Madridin "Real" klubu baş məşqçisi Joze Mourinyo ilə yolları ayırıb. Azerisport.az xəbər verir ki, bu barədə klub prezidenti Florentino Peres keçirdiyi mətbuat konfransında məlumat verib:
"Mourinyo mövsümün sonunda komandadan ayrılacaq. O, qovulmayıb. Bu bizim birlikdə verdiyimiz qərardı".
Prezident hazırda hər hansı bir baş məşqçi ilə razılığa gəlmədiyini bildirib.
Qeyd edək ki, Mourinyo 2010-cu ildən "Real"ı çalışdırırdı. Madrid klubunu çalışdırdığı üç il ərzində portuqaliyalı mütəxəssis bir İspaniya çempionluğunu , ölkə kubokunu və super kubokunu qazanıb.
