20 may 2013 14:44

"Land of Fire Azerbaijan"ı Porto da istəyir (FOTO)

"Bakı" beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində daha bir inamlı addım atıb. Azerisport.az xəbər verir ki, Madrid "Atletiko"su ilə əməkdaşlıqla gündəmə gələn klub indi də Avropanın daha bir nəhəng klubu ilə anlaşma imzalamağa hazırlaşır.
 
Məlum olduğu kimi, "Bakı" futbol klubunun vitse-prezidenti Zeynal Məmmədov və katibi Zəka İbrahimov bir neçə gün öncə Portuqaliyaya səfər ediblər. “Porto”nun bazasını ziyarət edən klub rəsmiləri Çempionlar Liqasının qalibinin infrastrukturu, bazası və iş metodları ilə yerindəcə tanış olublar. Onlar «texniki məsələlərlə tanışlıq» proqramı əsasında kluba aid bütün texniki şöbələrə, mühasibatlıq və idarəetmə strukturunun çalışdığı kompleksə baş çəkib. Qonaqlara klubun fəaliyyətindən bəhs edən video-rolik göstərilib.
 
Daha sonra “Porto”nun rəhbər şəxslərinin iştirakı ilə geniş toplantı düzənlənib. Antero Enrike məlumat verərək bildirib ki, “Porto” son 15 ildə Avropaya ən çox oyunçu satan klubdur. Bu uğurlu nəticəni necə əldə eitdiklərini açıqlayan klubun baş idarəçisi deyib ki, onlar uşaq futbol akademiyasının işinə xüsusi önəm verirlər və hər il dünyanın müxtəlif ölkələrindən yüzlərlə yeniyetmə və gənc baxışdan keçmək üçün Portuqaliyaya dəvət olunur.
 
Növbəti gün “Bakı”nın nümayəndləri prezident Pintu da Koşta ilə görüşüblər. Tərəflər qarşılıqlı əməkdaşlıq üçün öz şərtlərini açıqlayıb. “Porto”nu prezidenti işbirliyində maraqlı olduqlarını bildirərək, “Atletico” kimi “Bakı” ilə əlaqə qurmaq ideyasını dəstəkləyib. Koşta Azərbaycanla bağlı istənilən brendin klubun formalarında reklamına müsbət yanaşıb və deyib ki, Madrid klubunun gördüyü ilk iş bütün dünyaya səs salıb.
 
“Porto”nun rəhbəri təklif edib ki, “Bakı”nın aşağı yaş qrupları üzrə komandaları hər il 3 dəfə onların bazasında qonaq ola, 1 ay müddətinə təlim-məşq toplanışı və yoldaşlıq görüşləri keçirə bilər. Eyni ilə portuqaliyalılar bu məqsədlə ölkəmizə səfər etməyə razıdır. Əsas komandalara gəlincə, avrokubokların daimi iştirakçısı “Bakı” ilə yoldaşlıq görüşündə qüvvəsini sınamağa hazırdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.