20 may 2013 15:57
Finalçılar müəyyənləşdi
Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş ali təhsil müəssisələri arasında ölkə birinciliyində finala yüksəlmiş komandalar və üçüncü yerin sahibi müəyyənləşib. Azerisport.az xəbər verir ki, yarımfinal mərhələsində və üçüncü yer uğrunda keçirilmiş oyunlarda aşağıdakı nəticələr qeydə alınıb:
1/2 final
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası - Qafqaz Universiteti 4:3
Azərbaycan Dillər Universiteti - Azərbaycan Texniki Universiteti 1:2
3-cü yer uğrunda oyun
Azərbaycan Dillər Universiteti - Qafqaz Universiteti 1:0
Final. 25 may, Binə stadionu
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası - Azərbaycan Texniki Universiteti
