20 may 2013 17:45

“Qarabağın heyətində aşağı yaş qruplarında yetişən ən azı 4-5 futbolçu görəcəksiz”

Azerisport.az sizi “Qarabağ”klubunun texniki koordinatoru Sebahettin Tekinin müsahibəsi ilə tanış edir.
 
- “Qarabağ” Futbol Akademiyası üçün geridə qalan mövsümü necə dəyərləndirirsiniz?
- Biz mövsümün əvvəlində oyunçular və məşqçilərlə bərabər qarşımıza bir hədəf qoymuşduq - hər yaş qrupunda iddialı bir komanda qurmaq və çempionluğa oynamaq! Məşqçilərlə, futbolçularla xüsusi proqramda çalışdıq. Əvvəlki mövsümlə müqayisədə nəticələr daha da qənaətbəxş oldu. Bu işi bacardıq. Bu uğura rəhbərlik və digər işçilər də daxildi. Rəhbərliyin verdiyi dəstək nəticəsində, məşqçilər sayəsində hər bir yaş qrupunda bu uğura nail olduğumuzu düşünürəm. Əlbəttə ki, bu işlərin sübutu olmalıdı. Biz bu işləri etdik, yoxsa etmədik? Rəqəmlər olmalıdı. U-13 yaş qrupumuz çempion oldu. Həmin yaş qrupunda “Sabahın ulduzları”nda da çempionluq yaşadıq. “Qarabağ” klubuna iki kubok gətirdik. Ən yaxşı müdafiəçi və bombardir bizim komandanın üzvləri sırasında yer aldı. Ən az qol buraxan və ən çox qol vuran komanda da bizimki oldu. Bizim U-19 komandamız finala qədər irləlilədi və gümüş medal qazandı. U-11 komandası Heydər Əliyev adına turnirdə finalda oynadı və gümüş medal əldə etdi. U-19 və U-11 çempionatlarında da bizim futbolçularımız bombardir oldular. Bundan başqa əvvəlki illərlər müqayisədə milli komandalara cəlb olunan futbolçularımızın da sayı artıb. Milli komandalarda 13 futbolçumuz var. Bu mövsüm əsas komandaya iki oyunçu verdik.
 
- Demək ki, bu mövsüm aşağı yaş qruplarının çıxışından razı qaldınız?
- Bəli, çox razı qaldım. Bu işlərdə payı olan hər kəsə təşəkkür edirəm. Biz qorxmamağı öyrəndik. Əvvəlcə oyunçuları psixioloji hazırladıq, daha sonra isə texniki sxemi öyrətdik. Bizim üçün vacib olan bir ailə qurmaqdı. Uğurlarımızın tək səbəbi bir ailə olmağımızdı.
 
- Bu mövsüm hansı layihələri həyata keçirə bildiniz?
- Bizim üçün vacib olan bir ailə ab-havası qurmaq, psixioloji cəhətdən komandanı hazırlamaq idi. Meydanda işləmək planımız da çox fərqli idi. Xüsusi proqram üzərində işlədik. Biz araşdırma mərkəzini yaratdıq ki, ölkədə olan perspektivli futbolçuları nəzarətimizdə saxlaya bilək. Rəqib komandaların zəif və güclü tərəflərini müəyyənləşdirdik. Seleksiya işlərində də səhvlərə yol vermədik. “Qarabağ” Futbol Akademiyasına yeni sima dəvət olunub – Emin Abbasov. Artıq onunla birlikdə gələn mövsümün planlarını hazırlayırıq. İnşallah, “Qarabağ” klubu bütün yaş qruplarında iddiasını daha da artıracaq.
 
- Gələn mövsüm həyata keçiriləcək layihələr nədən ibarət olacaq?
- Artıq Emin bəylə bu barədə müzakirələr aparmışıq. Onun “Qarabağ”a gəlişi çox yaxşı oldu. Emin bəyin bura gəlməsi ilə mənim gücümün ikiqat artdığını düşünürəm. Rəhbərlik də istədiklərimi həyata keçirir. Buna görə Tahir bəyə, Emrah bəyə təşəkkürlərimi bildirirəm. Bizim idman məktəblərimiz var və biz ilk növbədə bu məktəbləri genişləndirmək istəyirik. Öz yetişdirdiyimiz uşaqları yuxarılara aparmağa çalışırıq. Uşaq futbolumuzda tətbiq etdiyimiz sistem təkmilləşmələcək, yetirmələrimizin xaricdə çıxış etməsi üçün nəzərdə tutulan layihələr tətbiq olunacaq. Bir sözlə, planlar çoxdu.
 
- Gələn mövsümdə “Qarabağ”ın futbolçularından kimlərisə əsas komandada görə biləcəyik?
- Bəli. U-19 millisinin üzvü olan Tural “Qarabağ”ın əsas komandası ilə məşqlərə çıxır, toplanışlara gedir. Bilal, Fuad, Nurlan kimi yaxşı oyunçularımız da əsas komandaya namizəddirlər. Qısa zamanda “Qarabağ”ın heyətində aşağı yaş qruplarında yetişən ən azı 4-5 futbolçu görəcəksiz.
 
- “Qarabağ”ın aşağı yaş qrupları gələcəyə nə vəd edir? Siz bu qrupları necə görmək istəyirsiniz?
- Bütün məşqçilər əlindən gələni edir. Bizim hal-hazırda qurduğumuz sistem var. Bu belə davam edirsə, çox qısa bir vaxtda Azərbaycanda birinci olmaq istəyirik. Futbolçular öz aralarında necı yarışırlarsa, məşqçilər də öz aralarında belə yarışır. Biz çox iddialıyıq. Mən öz adıma bir söz demək istəyirəm. Bir məşqçi 2 dəfə işləyirsə, mən 4 dəfə işləyəcəm. Çünki mən onlarla yarışıram. Mən komandalarımızı ən üst səviyyədə görmək istəyirəm və görəcəyimə inanıram. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.