21 may 2013 11:16
Yığmamız İtaliya klubunu 3 cavabsız qolla məğlub etdi
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması İtaliyanın Piza şəhərində təşkil olunmuş "Tuscany Football Cup 2013" turnirində ilk oyununu keçirib. Azerisport.az xəbər verir ki, "Empoli" klubunun 1994-cü il təvəllüdlü futbolçulardan təşkil olunmuş komandası ilə qarşılaşan yığmamız 3:0 hesabı ilə qələbə qazanıb.
Namiq Ələsgərovun dubl etdiyi oyunda digər qolu Budaq Nəsirov vurub.
