21 may 2013 12:03
Qəbələ çempionluq kubokuna qovuşdu (FOTOLAR)
U-17 Liqanın 2012/2013-cü il mövsümünə yekun vurulub. Azerisport.az xəbər verir ki, Liqanın sonuncu – 26-cı turu çərçivəsində keçirilmiş "Qəbələ" - "Xəzər Lənkəran" oyunundan sonra cari mövsümün qalibi olmuş "Qəbələ" komandasına mükafatlar təqdim olunub.
Liqanın Əsasnaməsinə uyğun olaraq, "Qəbələ" komandası AFFA tərəfindən ölkə xaricində 1 həftəlik təlim-məşq toplanışına göndəriləcək.
