21 may 2013 12:35
AFFA 55 qol vuran oyunçunu mükafatlandırdı (FOTOLAR)
AFFA-nın U-11 Liqasının 2011/2012-ci il mövsümünün bombardiri, "Qəbələ" klubunun 11 yaşadək futbolçulardan ibarət komandasının üzvü olan Təbriz İsazadə AFFA tərəfindən mükafatlandırılıb.
Azerisport.az xəbər verir ki, tədbir "Qəbələ" İdman Akademiyasında təşkil olunub.
AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu çıxış edərək bildirib ki, AFFA tərəfindən vaxtaşırı belə tədbirlər təşkil olunur və müxtəlif liqalarda yüksək nəticə göstərən futbolçular mükafatlandırılır. Qeyd olunub ki, bu tədbirlər futbolun kütləviliyinin artırılması, təbliğatının gücləndirilməsi baxımından əhəmiyyətlidir. Sonra AFFA-nın hədiyyələri 55 qolla 2011/2012-ci il mövsümünün bombardiri olmuş Təbriz İsazadəyə təqdim edilib.
