21 may 2013 12:42
Hacıyev: Xəzər Lənkəranın ən güclü dönəmi Rednikin çalışdırdığı vaxta təsadüf edib
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev mayın 28-də Azərbaycan Kubokunun finalında qarşılaşacaqları “Xəzər Lənkəran”ı dəyərləndirib. Azerisport.az saytına müsahibəsində o, qeyd edib ki, cənub təmsilçisinin ən güclü vaxtı Mirça Rednikin rəhbərliyi altında olub:
“Con Toşak məşhur, təcrübəli mütəxəssisdi. Amma o, qısa zaman kəsiyində komandada ciddi dəyişikliklər edə bilməz. Mən “Xəzər Lənkəran”ın çoxlu məşqçisini salamlamışam. Deməliyəm ki, bu komandanın ən güclü dövrü Mirça Rednikinin çalışdırdığı zamana təsadüf edirdi. Mənə onun komandasına qarşı oynamaq çox xoş idi”.