Ramin Musayev: Biz Super Kuboku yenidən keçirmək üçün çox düşündük
24 may 2013 17:05

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev bəyan edib ki, Azərbaycan Super Kubokunun yenidən keçirilməsi şəxsən AFFA prezidenti Rövnəq Abdullayevin təşəbbüsü ilə bərpa olunub. Azerisport.az xəbər verir ki, o, bu gün baş tutan təqdimat mərasimində bunları dilə gətirib:
“Biz Super Kubokun yenidən keçirilməsi ilə bağlı çox düşündük. AFFA prezidenti Rövnəq Abdullayevlə görüşdə qərar verdik ki, bu oyunu yenidən təşkil edək. AFFA prezidenti onu da bildirdi ki, kuboklar milli ornamentlərlə işlənsin. Kubokun eskizi Moskvada hazırlanıb.