Simurqdan növbəti transfer (FOTO)
20 avqust 2013 15:46

“Simurq” heyətini daha bir futbolçu ilə gücləndirib. Azerisport.az xəbər verir ki, Zaqatala klubu baxışda olan israilli futbolçu İdan Vaytsmanla bir illik rəsmi müqavilə bağlayıb.
Növbəti mövsümün sonuna qədər Zaqatala təmsilçisinin şərəfini qoruyacaq 28 yaşlı futbolçu "Simurq"un heyətində "20" nömrəli forma ilə mübarizə aparacaq.
Qeyd edək ki, karyerası ərzində ilk dəfə legioner həyatı yaşayacaq İdan "Simurq"dan öncə ölkəsində futbol həyatını davam etdirib. Onun sonunçu klubu “Bney Saxnin” olub. Bundan öncə isə "Hapoel Hayfa", "Hapoel Aşdod" və "Ramat Qan" kimi komandalarda forma geyinib.