Rəvan növbəti transferini gerçəkləşdirdi (FOTO)
26 avqust 2013 16:55

Transfer çalışmalarını davam etdirən "Rəvan” heyəti gücləndirmək istiqamətində növbəti addımı atıb. Azerisport.az xəbər verir ki, paytaxt klubu bu dəfə Aqil Nəbiyevin keçidini rəsmən həll edib.
Tovuz futbol məktəbinin yetirməsi olan 31 yaşlı müdafiəçi ilə 1 illik rəsmi sözləşmə imzalanıb. Karyerası ərzində "Turan" (1999-2002, 2003-2006), "Neftçi” (2002-2003), AZAL (2006-2013) və son olaraq "Bakı”nın (2013-cü il yanvardan avqusta qədər) şərəfini qorumuş təcrübəli futbolçu həm də Azərbaycan milli komandasının heyətində 8 oyun keçirib.
Milli formada son oyunu 16 oktybar 2012-ci il tarixdə Rusiya ilə qarşılaşmaya (0:1) təsadüf edir.