Xəzər Lənkəran Dənizli ilə müqavilə imzaladı
1 dekabr 2013 11:30

“Xəzər Lənkəran” klubunun boşalan baş məşqçi postuna yeni çalışdırıcı təyinatı gerçəkləşib. Azerisport.az klub saytına istinadən xəbər verir ki, türk futbolunun tanınmış simalarından biri, məşqçilik karyerası bir çox titullarla zəngin olan Mustafa Dənizli ilə 1 il yarım müddətinə müqavilə imzalanıb.
Dünən klubun Lənkərandakı ofisində “Xəzər Lənkəran”ın prezidenti Mais Mənsimovla görüşüb bir çox detalları müzakirə edən Dənizli bu gün atdığı imza ilə "ağ-yaşıllar"ın rəsmən yeni baş məşqçisi olub.