Diniyev də təmizliyə başladı
24 dekabr 2013 15:15
“Rəvan”ın baş məşqçisi Şahin Diniyev özünə lazım olmayacaq futbolçulardan imtina edib. Azerisport.az xəbər verir ki, qış fasiləsində komandanı tacik müdafiəçi Soxib Savankulov və isveçli yarımmüdafiəçi Fredrik Holster tərk edəcək.
Bundan başqa, “Rəvan”da işləri rəvan getməyən daha dörd-beş futbolçu, komandanı tərk edəcək. Bu futbolçuların adları Şahin Diniyevin bu ilin sonunda məzuniyyətdən qayıdışından sonra məlum olacaq.