Uruqvay futbol federasiyası AFFA-ya DÇ ərəfəsində millimizlə yoldaşlıq oyunu keçirməyi təklif edib
13 aprel 2014 11:33
Uruqvay futbol assosiasiyası (AUF) AFFA-ya milli komandalar arasında yoldaşlıq görüşü keçirməyi təklif edib. Azerisport.az xəbər verir ki, oyunun DÇ ərəfəsində, iyunun 3-ü tarixində Uruqvayda keçirilməsi təklif edilib.
Ancaq AFFA-nı bu tarix qane etmədiyindən, federasiya təklifi imtina cavabı ilə qarşılayıb.
Qeyd edək ki, millimiz mayın 28-də San-Fransiskoda ABŞ yığması ilə yoldaşlıq oyunu keçirəcək. Bu şəhərdən Uruqvaya 10 saatlıq uçuş vaxtı ərzində çatmaq mümkündür.