Fotoreportaj|Video|На русском

Futbol

Berti Foqts: 200 min manatlıq mükafat? Yalandır!

14 aprel 2014 13:00
Millimizin baş məşqçisi Berti Foqts azerisport.az saytına müsahibəsində özünün ABŞ-dakı işindən, “yankilər”ə qarşı keçiriləcək yoldaşlıq oyunundan və futbolçuların əməkhaqqından danışıb:

- Siz tez-tez Premyer Liqanın oyunlarına baxmağa başlamısınız. Yəqin ki, indi komandaları və onların futbolçularını daha yaxşı tanıyırsınız. Yığmanın ABŞ toplanışı zamanı biz yeni adlar görəcəyikmi?
- Siz BƏƏ toplanışı çərçivəsində yeni simaları artıq görmüşünüz. Adlar mənim üçün vacib deyil. Əsası, bu futbolçuların öz komandalarında necə oynamasıdır.

- Yeni adlar olacaq ya yox?
- Gəlin, hələlik gözləyək. Şəxsən mən, hələ təzə heç kimi görməmişəm.

- Sizin ABŞ yığmasının baş məşqçisinə köməkçi təyin edilmənizi ölkəmizdə birmənalı qarşılamayıblar. Bir yığmanın baş məşqçisinin digərinə kömək etməsi, necə isə qəribədir...
- (Heyrətlə) Mənim ABŞ-dakı işim haqda nə yazılıb? Siz necə düşünürsünüz, mən konkret olaraq, nə ilə məşğul olacağam?

- Sizin nə ilə məşğul olacağınızı bilmirik, ancaq artıq məşqlərdə iştirak edirsiniz. Meksika yığmasına qarşı oyun ərəfəsində ABŞ yığmasının formasında məşqdə iştirakınızdan kadrlar var.
- Mən məşqdə iştirak etməmişəm. Mən sadəcə, formanı geyib kənardan komandanın məşqini izləyirdim. Bu, mənim işim deyil.

- Demək, DÇ-nin oyunları zamanı biz sizi ehtiyat oyunçular skamyasında görməyəcəyik?
- Mən Azərbaycan yığmasının məşqçisiyəm və bunu özümə rəva görə bilmərəm. Siz bilirsiniz nə üçün Azərbaycan yığması ABŞ yığmasına qarşı oynayır?

- Zəhmət olmasa, açıqlayın.
- Bu oyun mənim oradakı işimlə bağlı razılaşmanın bir hissəsidir. Mən sadəcə, məsləhətçi olacağam. Əgər mənim Yurgen Klinsmana köməyim olmasaydı belə, mən DÇ-yə gedəcəkdim ki, AÇ-2016-nın təsnifat mərhələsində rəqiblərimiz olan İtaliya və Xorvatiya yığmalarının oyunlarını izləyim. Mən, həmçinin, DÇ-də ABŞ yığmasının rəqibi olan Qana yığmasını izləyəcəyəm.

Nəzərə alsaq ki, ABŞ səfər üçün bütün maliyyə xərclərini meydan sahibləri öz üzərinə götürür, ABŞ yığmasına qarşı oynamaq, böyük imkandır. Başqa qitədə belə bir yığmaya qarşı oynamaq imkanı hər il ələ düşmür. Beləliklə, biz həmçinin, Azərbaycan yığmasının digər komandalarının yoxlama görüşləri keçirməsi üçün ABŞ futbol federasiyası ilə münasibətlər qurmağa çalışacağıq.

- Qarşıdakı rəqibimizi yaxşı tanımağınız bizə kömək edəcək?
- Nədən belə düşünürsünüz ki, mən bu ölkənin yığmasını tanıyıram? Mən sadəcə, iki məşqdə olmuşam. Meksika ilə oyunda isə yalnız yerli futbolçular oynayırdı. ABŞ yığmasının 14 futbolçusu Avropada oynayır. Yeri gəlmişkən, əgər amerikalılar bizə müraciət etməsəydi, çox güman ki, təsnifat mərhələsinə qədər biz rəqibsiz qalardıq.

- Avqustda bizim oyunumuz yoxdur?
- Biz danışıqlar aparırıq. Ancaq bu, qeyri-rəsmi görüş olacaq. Allah qoysa, əgər “Qarabağ” və “Neftçi” avrokuboklarda irəli getsələr, onda yığma bu komandaların futbolçularının xidmətindən yararlana bilməyəcək. Avqustda biz həmçinin, legionerlərin xidmətindən yararlana bilməyəcəyik. Mən daha çox toplanış keçirmək istəyirəm. Ancaq mənim belə bir imkanım yoxdur.

Bu əsnada, gənclər yığmasının baş məşqçisi Bernhard Lippert söhbətə müdaxilə edir: “Mən də komandanı ixtiyarımda tez-tez görmək istəyirəm. Son oyunu biz mart ayında keçirmişik. İyunda Norveç yığması ilə oynayacağıq və əgər məğlub olsaq, bu halda, mən günahkar olacağam. Axı hətta, toplanışa vaxt yoxdursa, mən nə etməliyəm?

- Bəs ABŞ yığması ilə oyundan başqa, variantlar yox idi?
- Klublarla oynamaq variantları vardı. Ancaq mən imtina etdim. Uruqvay ıyğması ilə iyun ayının 3-də oynamaq variantımız vardı. Mənə zəng edib Uruqvaya gəlməyi təklif etdilər. Ancaq San-Fransisko ilə Montevideo arasında 10 saatlıq uçuş müddətini nəzərə alıb bundan imtina etmək qərarına gəldilər. Həmçinin, yığma oyunçularına yeni arvomövsümün başlanması ərəfəsində istirahət lazımdır. Ancaq buna rəğmən mən uruqvaylılara ABŞ-a gəlməyi və mayın 30-u ya iyunun 1-də haradasa Kaliforniyada oynamağı təklif etdim. Ancaq bu variant onları qane etmədi”.

- Siz FIFA-nın reytinq cədvəlində 85-ci pillədən narazılığınızı artıq qeyd etmisiniz. Bəs sizi hansı pillə qane edərdi?
- Qazanılmış nəticələrə razılaşmaq lazım deyil. İrəli getmək lazımdır. Yadda saxlayın, futbolçuları ilk növbədə jurnalistlərin yaxşı tərtibatı arxayınlaşdırır.

- Bəlkə, onları klubdakı əməkhaqqıları və yığmadakı böyük məbləğdə mükafatlar arxayınlaşdırır?
- Əgər bu, belədirsə, bu, dəhşətdir.

- Axı məhz sizin rəhbərliyiniz vaxtında yığma oyunçuları böyük məbləğdə mükafatlar almağa başlayıblar...
- Düşünmürəm ki, bu, mənim futbolçularımı korlayır. Axı bizim nəticələrimiz yaxşılaşır. Bəs Azərbaycan yığmasının oyunçularının müsbət nəticələrə görə nə qədər aldığını bilirsiniz?

- Bizdə dəqiq rəqəmlər yoxdur. Ancaq ötən təsnifat mərhələsində Şimali İrlandiya millisi üzərində qələbə və Rusiya yığması ilə heç-heçəyə görə, müxtəlif KİV-də hər futbolçuya 200 min manat mükafatdan söhbət gedirdi. Bu, hələ bir misaldır.
- Bu, düz deyil. Futbolçular klublarda nə qədər qazanırlar?

- Çoxları hesab edir ki, bizim futbolçular meydanda göstərdiyindən daha çox pul alırlar.
- Bax buna görə də, yəqin ki, onlar xaricdə oynamağa getmirlər. Təqsirkar futbolçular yox, bu məbləği onlara ödəyənlərdir.

- Demək, əməkhaqqıların məbləğinə mütləq sədd qoymaq lazımdır. Bu haqda AFFA rəhbəri Rövnəq Abdullayev İcraiyyə Komitəsinin iclasından sonra bildirmişdi. Ancaq bunu gənc futbolçulara şamil etmişdi.
- Dörd il qabaq mən AFFA-ya proqram təqdim etmişdim. Burada gənc futbolçuların olduğu kimi, peşəkar futbolçuların da əməkhaqqılarına mütləq sədd əksini tapmışdı. Proqrama əsasən, yığmada tez-tez oynayan futbolçuların əməkhaqqı yüksəlməli di. Bu halda, futbolçuların peşəkar artım həvəsi baş qaldırardı.

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah