Fotoreportaj|Video|На русском

Futbol

Ağasəlim Mircavadov: Foqtsun Uruqvay və Nigeriya yığmalarına qarşı oyunlardan imtina qərarı ilə razıyam

15 aprel 2014 19:00
Təcrübəli futbol mütəxəssisimiz Ağasəlim Mircavadov azerisport.az saytına müsahibəsində ölkə Kubokunun yarımfinal oyunlarından, həmçinin, Uruqvay və Nigeriya yığmalarına qarşı yoldaşlıq oyunu keçirmək təklifinə millimizin imtina etməsinə münasibəti haqda danışıb:
- Sabah ölkə Kubokunun ilk yarımfinal oyunları çərçivəsində “Neftçi” - “Rəvan” və “Qəbələ” - “Xəzər Lənkəran” komandaları arasında oyunlar keçiriləcək. Bu cütlər haqda nə deyə bilərsiniz?
- Birinci cütdə favorit “Neftçi”dir. Ancaq tarix göstərir ki, Kubokda heç də hər şey çempionatdakı kimi olmur. Bəli, “Rəvan” çempionatın son turunda “Qarabağ”a böyük hesabla məğlub oldu və ümumiyyətlə, son turlarda xallar itirir. Ancaq unutmayaq ki, bu kollektiv üçün çempionatda xüsusi köklənmə yoxdur. “Neftçi” də məğlub olub, ancaq hər halda, onlar favoritdir. Çünki, həm heyət sabitdir, həm də oyunu qurulub.
“Qəbələ” və “Xəzər Lənkəran”a gəlincə, hər iki komanda avrokuboklara Kubokdan çıxmaq uğrunda mübarizə aparır. Düzdür, “Xəzər Lənkəran”ın çempionatda işləri qaydasında deyil. Buna rəğmən, komanda nəticəyə oynayır, qələbə qazanır, xallar toplayır. Baxmayaraq ki, cənubluların çempionatda xüsusi bir iddiası da yoxdur.
Ancaq “Qəbələ”də hər şey əksinədir. Yuri Syominin komandası xallar toplamaqdan qalıb. Sanki oyunçuların gözlərində ötənilki qələbə alovu sönüb. Bilmirəm, bu, nə ilə əlaqədardır, ancaq bu, yaxşı əlamət deyil.
- “Rəvan” və “Xəzər Lənkəran”ın səfərdə oynayacağını nəzərə alsaq, sizcə, onlar üçün hansı nəticə daha yaxşı olar?
- Düşünürəm ki, hər iki komandaya səfərdə qol vurmaq vacibdir. Düzdür, “Rəvan” və “Neftçi” Bakıda oynayır. Belə ki, meydan sahibləri nominal olacaq. Unutmayaq ki, “Rəvan” bu mərhələyədək çox güclü “Bakı”nı mübarizədən kənarda qoyub. Özü də bunun ilk oyunda məğlub olduqdan sonra edib. Digər cütdə hər şey əksinədir. Burada doğrudan da səfər oyunudur. Ancaq buna rəğmən, düşünürəm ki, Qəbələdəki oyunun vacibliyi Lənkəranda keçiriləcək cavab oyunundan daha artıq olacaq. Çünki cavab oyununda biz birinci oyunun nəticəsini qorumaq və ya əksinə, qol vuraraq hesabı saxlamaq istiqamətində artıq daha çox taktiki fəaliyyət görə bilərik.
- Finalda kimi görürsünüz?
- Mən deyərdim ki, dörd iştirakçı içində finalda “Neftçi”nin iştirakı hazırda daha real görünür. Çox təssüf edirəm ki, “Qarabağ” Kubok uğrunda mübarizədən kənarda qaldı. Bu komanda hazırda əla oyun nümayiş etdirir. Xatırlayıram ki, 1993-cü ildə biz çempionatın “qızıl”ını, ölkə Kubokunu və Super Kubokunu qazanaraq, “trebl”ə imza atmışdıq. Biz buna qadir idik və biz bunu etmişdik.
- Ola bilər ki, “Qarabağ” bu dəfə Kuboku sadəcə, Premyer Liqaya qurban verdi. Axı komanda əbəs yerə məhz bu müddətdə böyük fərqlə rəqiblərindən uzaqlaşmadı.
- Düşünmürəm və başa düşmürəm ki, əgər iki cəbhədə mübarizəyə qadir yaxşı heyət varsa, bir yarışı digərinə necə qurban vermək olar. Düşünmürəm ki, belə olub.
- Yığma mövzusuna da toxunmaq istərdik. Bu həftə ərzində millimiz Uruqvay və Nigeriya yığmalarına qarşı oynamaqdan imtina etdi. DÇ-nin digər iştirakçıları ilə oyundan imtinaya siz, necə münasibət göstərdiniz?
- Hazırkı vəziyyətdə  mən başa düşürəm ki, futbolçulara istirahət lazımdır. Ancaq unutmayaq ki, avromövsüm iyulun əvvəllərində başlayır. Oyunçular heç olmasa, iki həftə istirahət etməlidir ki, avrokubok döyüşlərinə yaxşı hazır olsunlar.  Bütün bunlarla yanaşı, AÇ-2016-nın təsnifat oyunları var ki, burada da futbolçuların vəziyyəti klublardakı hazırlıqdan birbaşa asılı olacaq.  Xüsusən, oyunçuların “fizikası” baxımından. Mən hətta deyərdim ki. ABŞ yığması ilə oyun da lazımlı deyil. Ancaq digər tərəfdən, bu oyun da, vacibdir. Oyunçular belə bir rəqiblə oyunda təcrübə toplamalıdır. Xüsusən də, oyun rəqibin DÇ-də iştirakı ərəfəsində keçirilir. Mən digər oyunlardan imtina qərarında Berti Foqtsla razıyam. O, futbolçulara avromövsüm ərəfəsinədə istirahətin vacibliyini qeyd etməkdə haqlıdır. Düşünürəm ki, komandalarımızın qarşıdakı oyunlarının nəticələri, həmçinin, yığmanın təsnifat oyunlarında göstəriciləri, futbolçularımızın yay ərzində necə dincəlib hazırlaşmağından asılı olacaq.
- Sözarası, Berti Foqts DÇ-yə hazırlıq çərçivəsində ABŞ yığmasının baş məşqçisi Yurgen Klinsmanın məsləhətçisi olmağa razılıq verib. Dünyada oxşar misalın çətin ki rast gəlinəcəyini nəzərə alsaq, sizin buna münasibətiniz necədir?
- Razıyam. Mən də belə bir şeyi xatırlamıram. Ancaq bu, vaxtilə SSRİ yığmasındakı hadisəni xatırladır. O zaman, 1981-ci ildə komanda Konstantin Beskovun rəhbərliyi altında DÇ-nin final mərhləsinə vəsiqə qazandı. Mundialda isə ona Valeri Lobanovskini (Kiyev “Dinamo”sunun baş məşqçisi) və Nodar Axalkatsini (Tiflis “Dinamo”sunun baş məşqçisi) köməkçi qoşdular. Ancaq yekunda, bu, uğursuz qərar oldu.  Yekun hesabatında Beskov bildirdi ki, bu, səhv idi. Çünki onlardan hər biri meydanda öz yetirməsinin olmasını istəyirdi. Foqtsa gəlincə, əgər AFFA müvəqqəti olaraq, belə bir yerdəyişmənin əleyhinə deyilsə, onda, hər şey qaydasındadır. Həmçinin, Foqts onsuz da DÇ-də olmalı idi ki, millimizin AÇ-2016-nın təsnifat mərhələsindəki rəqibləri İtaliya və Xorvatiya yığmalarını izləsin.

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah