Mustafa Dənizli: Son sözümüzü söyləməmişik
16 aprel 2014 18:40
“Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizli ölkə Kubokunun yarımfinal mərhələsinin ilk oyununda “Qəbələ”yə 0:3 hesablı məğlubiyyət haqda fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, Dənizli bunları söyləyib:
“Bu cür oyunu gözləmirdim. Məğlub olduq. Fikrimcə, cavab qarşılaşması Azərbaycan kubokunun tarixində ən vacib oyunlardan biri olacaq. İlk oyunda məğlub olsaq da, finala çıxmaq şansımızı itirməmişik. Bir həftədən sonra keçiriləcək cavab qarşılaşmasının necə nəticələnəcəyi hamımız görəcəyik. Hamı cavab oyununu gözləsin. 0:3 ağır hesabdır. Son sözümüzü söyləməmişik”.
(PFL)