Əhməd Sezer: TPL-ə maraq artır
17 aprel 2014 13:00
“Azerinteltek” şirkətinin rəhbəri Əhməd Sezer TPL-ə olan marağın artması ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, Sezer bunları söyləyib:
“TPL-ə maraq artır. Bir çox oyunlar televiziya vasitəsilə yayımlanır. Bütün bunların müqabilində, “Topaz”da uduşlar çoxalır. Yeni mövsüm Topaz və PFL-in əməkdaşlığının üçüncü ili olacaq. Yeni ideyalar həyata keçirəcəyik. Çempionatı daha çox reklam edəcəyik. Ümid edirəm ki, Premyer Liqaya maraq daha da artacaq”.