Əhməd Sezer: İki il ərzində Topaz-a qoyuluşların məbləği 180 milyon manata qədər artıb
17 aprel 2014 13:13
“Azerinteltek” şirkətinin rəhbəri Əhməd Sezer bildirib ki, son iki il ərzində Azərbaycanda “Topaz”a qoyuluşların ümumi məbləği nəzərəçarpacaq dərəcədə artıb. Azerisport.az xəbər verir ki, Sezer bunları söyləyib:
“İki il ərzində qoyuluşların məbləği 180 milyon manata qədər artıb. Ötən il belə məbləğ vardı. Bizdə 526 agent işləyir. Bu, böyük işdir. Futbola maraq hiss edilir”.