Qəbələ son dörd ayda ilk dəfə doğma meydanda qələbə qazandı
17 aprel 2014 01:11
Ölkə Kubokunun yarımfinal mərhələsinin ilk oyununda “Xəzər Lənkəran”ı Qəbələdə 3:0 hesabı ilə darmadağın etmiş “radarlar” bununla, son dörd ay ərzində doğma meydanda ilk qələbəsinə imza atmış oldu. Azerisport.az xəbər verir ki, “Qəbələ” son ev qələbəsini ötən ilin dekabr ayının 20-də Premyer Liqa oyunu çərçivəsində “Bakı”nı 2:0 hesabı ilə məğlub edərək qazanmışdı.