Reynaldo: Məmnuniyyətlə Azərbaycan yığmasında oynayardım
17 aprel 2014 13:33
“Qarabağ”ın yarımmüdafiəçisi Reynaldo azerisport.az saytına müsahibəsində TPL-də vurduğu ən gözəl qol və son iki ayda ən yaxşı futbolçu seçilməsi haqda fikirlərini bölüşüb:
- Siz bir neçə fərdi mükafatı birdən qazandınız: fevral və mart aylarının ən yaxşı oyunçusu, həmçinin, fevral ayının ən yaxşı qol müəllifi. Bunu gözləyirdiniz?
- Düzü, yox. Məncə, belə şey hələ kimsənin başına gəlməyib. Gözləməyimə gəlincə, mən həqiqətən öz oyunumdan razı qalmışam. Ancaq düşünmürdüm ki, mənə iki ayın mükafatı veriləcək. Mənə səs verənlərin hamısına təşəkkür edirəm.
- Bu xəbəri necə qəbul etdiniz?
- Əla! Başqa necə ola bilər ki? Bu, bütün komandanın uğurudur. Ümid edirəm ki, ardı da gələcək.
- Aprel və may aylarının ən yaxşısı mükafatlarını qazanmaq istəyiniz var?
- (gülümsəyir) Heç nə deyə bilmərəm.
- Son vaxtlar sizin Azərbaycan yığmasına mümkün cəlb edilməniz haqda adınız ətrafında söz-söhbət dolaşır. Buna münasibətiniz necədir?
- Bu haqda çox danışırlar. Hələlik, rəsmi təklif yoxdur. Ancaq mən məmnuniyyətlə Azərbaycan yığmasında oynayardım.
- Bu halda, Azərbaycan dilini öyrənəcəksiniz?
- Mən çalışıram. Ancaq mənə çətindir. Mənimlə məşğul olacaq elə bir adam yoxdur. Tez-tez şəhərdə gəzirəm, ölkəni tanımağa cəhd edirəm. Ancaq mən heç ingiliscə də danışmıram, buna görə də mənə bir qədər çətindir.

- Ancaq millinin bəzi oyunçuları sizin mümkün çıxışınıza elə də şad deyillər...
- Bu, onların fikridir. Mən yığmada oynamaq istəyirəm və əgər mənə izn versələr, bu zaman təklifi qəbul edərəm.
- Sizi çempionluq münasibəti ilə təbrik etmək olar?
- Uzun fasilədən sonra biz titula çox yaxınıq. Ancaq gəlin, rəsmiləşməyi gözləyək.
- Bəs avrokuboklarda?
- Düşünürəm ki, ÇL-in ya AL-in qrup mərhələsinə çıxa biləcək gücdəyik.