Oluremi: Azərbaycanda ABŞ yığmasına futbol nöqteyi-nəzərindən ciddi yanaşmırlar
17 aprel 2014 14:00
AZAL-ın amerikalı hücumçusu Con Oluremi azerisport.az saytına açıqlamasında millimizlə ABŞ yığması arasında mayın 28-də San-Fransiskoda keçiriləcək yoldaşlıq oyunu haqda fikirlərini bölüşüb:
“Düşünmürəm ki, bu, xüsusilə gərgin oyun olacaq. Hər halda, bu, DÇ ərəfəsində yoldaşlıq görüşüdür. Ancaq düşünürəm ki, çox maraqlı olacaq. Çünki Amerikada Azərbaycan futbolu haqda heç nə bilmirlər. Azərbaycanda isə ABŞ-a hətta, DÇ-lərdə iştirakına rəğmən, futbol nöqteyi-nəzərindən ciddi yanaşmırlar. Ancaq həm ABŞ, həm də Azərbaycan yığmasının yaxşı oyunçuları var. Maraqlı oyun olacaq”.
Oluremi həmçinin, millimizin baş məşqçisi Berti Foqtsun ABŞ yığmasının baş məşqçisi Yurgen Klinsmanın məsləhətçisi qismində, yeni işinə də münasibətini bildirib: “Foqtsa gəlincə, düşünürəm ki, o, həqiqətən kömək edə bilər. Ən azı, intizam baxımından”.