Biri məlum, digəri naməlum
Azərbaycan kubokunda yarımfinal mərhələsinin ilk oyunları baş tutdu. Azerisport.az xəbər verir ki, qarşılaşmalardan biri Qəbələdə, biri isə paytaxtda keçirildi.
"Qəbələ" doğma azarkeşləri önündə "Xəzər Lənkəran"ı qəbul etdi. Premyer Liqada uğursuzluq zolağına düşən "qırmızı-qaralar" bu görüşdən qalib ayrılmaqla özlərini sübut etməyə çalışır. Yuri Syominin komandası çempionat yolu ilə avrokuboklara getməyin çətin olacağını anlayaraq, gücünü kuboka yönəldib desək, yanılmarıq. Elə bölgə təmsilçisinin qazandığı möhtəşəm qələbə də belə deməyə əsas verir. Əvəzində 0:3 hesablı məğlubiyyət Mustafa Dənizlinin başçılıq etdiyi "Xəzər Lənkəran"ın arzularını puç etdi. Premyer Liqada heç bir iddiası olmayan "ağ-yaşıllar" kubok mübarizəsindən kənarlaşsa, 10 illik yubileyində mükafatsız qalacaq və böyük ehtimalla bu, klubda geniş islahalatlara gətirib çıxaracaq. Hər halda cənub təmsilçisinin cavab görüşündə 4:0 hesablı qələbə qazanması qətiyyən inandırıcı görünmür.
Növbəti qarşılaşma "Bakcell Arena"da baş tutdu. "Neftçi" doğma meydanda "Rəvan"ı sınağa çəkdi. "İnter"i yolundan kənarlaşdırmağı bacaran Böyükağa Hacıyevin yetirmələri yarımfinal qarşılaşmasının ilk oyununda qələbə qazana bilmədi. Turnir cədvəlinin 3-cü pilləsində qərarlaşan "Neftçi" avrokuboklara böyük ehtimalla çempionat vasitəsilə vəsiqə qazanacaq. Bu səbəbdən onların kubokun qalibi olması əlavə stimul olacaq. "Rəvan" isə hər şeyin kağız üzərindəki kimi olmadığını sübut etməyə çalışır. Oyundan əvvəl favorit kimi meydan sahibləri göstərilsə də, "aslanlar" demək olar ki, sərfəli nəticə ilə geri döndü. Güvənç Kurtar isə komandasını finala çıxarmaq üçün ev oyununda ya qolsuz heç-heçəyə, ya da qələbəyə çalışacaq. Nəzərə alsaq ki, "Rəvan" hazırda turnir cədvəlinin 9-cu pilləsində məskən salıb, bu nəticəni gözlənilməz hesab etmək olar.
Qeyd edək ki, yarımfinalın cavab oyunları aprelin 24-də keçiriləcək.
Azərbaycan kuboku
Yarımfinal (ilk oyunlar)
QƏBƏLƏ - XƏZƏR LƏNKƏRAN - 3:0
Qollar: Nizami Hacıyev, 53; 72, Viktor Mendi, 59.
Sarı vərəqələr: Davronjon Erqaşev, 37 (qeyri-idman hərəkəti); Ürfan Abbasov, 74 (qeyri-idman hərəkəti); Marat İzmaylov, 86 (hakimin qərarına etiraz) - Rasim Ramaldanov, 45 (qeyri-idman hərəkəti); Rahid Əmirquliyev, 53 (qeyri-idman hərəkəti).
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Akif Əmirəli, Ömər Paşayev.
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Qürbət Həsənov.
Hakim-inspektor: Şahin Cəfərov.
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 3 dəq.
16 aprel 2014. Saat 16:00. Qəbələ şəhər stadionu. 2000 tamaşaçı.
Qəbələ: 1. Kamran Ağayev (k), 6. Vladimir Levin, 7. Marat İzmaylov, 8. Nizami Hacıyev, 9. Viktor Mendi (22. Lourival Assis, 85), 16. Ruslan Tağızadə, 18. İbrahima Niasse, 31. Daniel Subotiç, 34. Ürfan Abbasov, 44. Rafael Santos, 46. Davronjon Erqaşev.
Ehtiyat oyunçular: 27. David Petrkeviç, 2. Rail Məlikov, 4. Amid Quluzadə, 19. Abdulvahid Afolabi, 42. Leonardo da Silva, 45. Murad Musayev.
Baş məşqçi: Yuri Syomin.
Xəzər Lənkəran: 1. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 5. Tyeqo de Xesus, 6. Rasim Ramaldanov, 8. Deyan Blajevski (7. Sadio Tounkara, 60), 11. Zohair Benuahi (12. Junior Nildo, 59), 14. Rahid Əmirquliyev, 18. Tural Cəlilov, 20. Etame Mbilla, 23. Nikola Qliqorov (30. Elias Ribeiro, 75), 27. Adrian Skarlatake.
Ehtiyat oyunçular: 19. Vyekoslav Tomiç, 2. Slavik Alxasov, 4. Alvaro Silva, 10. Elnur Abdullayev.
Baş məşqçi: Mustafa Dənizli.
NEFTÇİ - RƏVAN - 1:1
Qollar: Araz Abdullayev, 52 - Tyaqo de Souza, 90+3.
Hakimlər: Rauf Cabbarov, Namiq Hüseynov, Zeynal Zeynalov, Fariz Yusifov.
Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Ramil Diniyev.
AFFA nümayəndəsi: Nüvər Xasıyev.
Hakim-inspektor: Məlik Həsənov.
Sarı vərəqələr: Tərlan Quliyev, 49 (rəqibi tutduğuna görə) - Cəmşid Məhərrəmov, 17 (qeyri-idman hərəkəti); Orxan Lalayev, 31 (qeyri-idman hərəkəti).
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
16 aprel 2014. Saat 19:00. “Bakcell Arena”. 1500 tamaşaçı
Neftçi: 1. Pavel Doroşev, 2. Karlos Kardoso, 4. Tərlan Quliyev (23. Ruslan Qurbanov, 70), 6. Rəşad Sadiqov (k), 7. Araz Abdullayev, 9. Flavinyo, 10. Cavid İmamverdiyev, 16. Bruno Bertuççi (3. Denis Silva, 56), 27. Məqsəd İsayev, 32. Elvin Yunuszadə, 90. Ernest Nfor.
Ehtiyat oyunçular: 30. Saşa Stamenkoviç, 5. İqor Mitreski, 8. Elşən Abdullayev, 21. Samir Məsimov, 95. Elvin Bədəlov.
Baş məşqçi: Böyükağa Hacıyev.
Rəvan: 1. Lukaş Sapela, 4. Mitya Moreç, 8. Julio Sezar, 16. Orxan Lalayev (14. Xuan Manuel Varea, 65), 18. Oke Akpoveta, 19. Hüseyn Axundov, 21. Novruz Məmmədov (k), 25. Ayaz Mehdiyev (7. Elvin Həsənəliyev, 77), 30. Cəmşid Məhərrəmov, 40. Mişel Balokoq, 41. Kamil Kopunek (10. Tyaqo de Souza, 85).
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 15. Dmitri Kruqlov, 17. Ramazan Abbasov, 20. Miloş Adamoviç.
Baş məşqçi: Güvenc Kurtar.